Главная > Cəmiyyət > “SMART STYLE” şirkəti Silahlı Qüvvələrə pul köçürdü

“SMART STYLE” şirkəti Silahlı Qüvvələrə pul köçürdü


7-10-2020, 08:51. Разместил: azadses
Vətənimizin işğaldan azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarını davam etdirən ordumuza dəstək məqsədilə “SMART STYLE ” MMC Silahlı Qüvvələrə dəstəyini əsirgəmir.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “ SMART STYLE ” MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 (on min) manat vəsait köçürüb.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.


Вернуться назад