Главная > Cəmiyyət > Mirsamir Məmmədov: "Dünya birliyi işğalçı ermənistana qarşı ağır sanksiyalar tətbiq etməlidir"
Mirsamir Məmmədov: "Dünya birliyi işğalçı ermənistana qarşı ağır sanksiyalar tətbiq etməlidir"5-10-2020, 08:34. Разместил: azadses |
Dinc sakinləri atəşə tutmaq birmənalı olaraq terror aktı və hərbi cinayətdir. Ermənistana qarşı illərdir bəyanatlar səslənir‚ amma bu bəyanatlar faktiki olaraq nəticəsizdir. Əgər bəyanatlar və çağırışlar onillərdir səmərəsiz və nəticəsiz qalıbsa‚ artıq işğalçı ölkəyə qarşı ciddi sanksiya tətbiqinə başlanmalıdır.. Bunu Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirtdiyi təxribatı və dinc sakinlərimizi atəşə tutması nəticəsində başlanan hərbi əməliyyatlardan və ermənilərin hərbi cinayətlərindən danışan siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚ göründüyü kimi ermənilər mütamadi dövlət sərhədlərimizə qarşı təxribatçı hücumlar həyata keçirir və dinc və əliyalın sakinləri‚ sivil insanları daim atəşə tuturlar. erməni tərəfinin dövlət sərhədlərimizə qarşı həyata keçirtdiyi təxribat və provokativ addımlar‚ dinc sakinlərimizi hədəf alması və sivil insanların yaşayış yerlərinə raket atması beynəlxalq qanunlarla hərbi cinayət sayılır. ermənistan tərəfi beynəlxalq qanunları və beynəlxalq fundamental hüquq normalarını ağır şəkildə pozaraq hərbi cinayətlərə imza atır. Özgənin beynəlxalq qanunlarla tanınan ərazilərinə təxribatçı və işğalçı hücumlar etmək‚ dinc sakinləri iriçaplı silahlardan atəşə tutmaq‚ günahsız insan ölümünə səbəb olmaq beynəlxalq qanunlarla ağır cinayətdir‚ hərbi təcavüz və terror aktıdır. Beynəlxalq birlik isə ermənistanı dərhal bu hərbi cinayətlərinə görə dərgal cəzalandırmalı və işğalçı ölkə‚ Azərbaycana qarşı həyata keçirtdiyi hərbi təxribatlarına görə beynəlxalq qanunlar qarşısında mühakimə olunmalıdır. Amma beynəlxalq birlik‚ münaqişənin həllində birbaşa vasitəçi olan qurumlar və məsələnin həlli üçün birbaşa beynəlxalq mandata sahib olan ATƏT-in Minsq Qrupunun fəaliyyəti faktiki olaraq sıfıra bərabərdir və hətta mənfiyə doğrudur. Uzun zamandır ki‚ ATƏT-in Minsq Qrupunun ermənistan tərəfinin təxribat və provokativ hərkətlərinə‚ sülh danışıqlarından yayınmaq cəhdlərinə göz yumması danışıqlar prosesinin ruhuna zərbə vurdu və bu hal isə ermənipərəstliyin açıq təzahürüdür. Məsələnin həllinə birbaşa vasitəçiliyi öz öhdəsinə götürmüş və tərəflər arasında hüququ normaların qorunmasına‚ Qarabağ məsələsinin ədalətli həllinə məsul qurum kimi öhdəlik daşıyan Minsq Qrupu ermənistanın işğalçılıq siyasətinə‚ təxribat və terror xarakterli provokativ hərəkətlərinə qarşı beynəlxalq səviyyədə məhz beynəlxalq qanunlarla prosedurlar başlatmalı olduğu halda erməni təxribatlarına göz yumdu. Bütün bu hallar isə Azərbaycanı güc yolu ilə öz qanuni torpaqlarını düşmən tapdağından azad etməyə sövq etdi. Bu‚ Azərbaycanın hüququdur. ermənilər münaqişədə mütamadi dinc sakinləri atəşə tutub‚ müharibəyə aidiyyatı olmayan sivil insanlara dinc və əliyalın mülki sakinlərə daim atəş açılıb. Ermənistanın işğala davam etməsi və mülki sakinlərin atəşə tutulması münaqişəni daha da alovlandıran haldır və təbiiki münaqişədə hərbi toqquşma qaçılmaz idi. Məhz ermənistan tərəfin təxribatları və işğala davam etməsi‚ dövlət sərhədlərimizə təxribat və provokativ hücumları‚ dinc sakinləri‚ mülki vətəndaşları‚ yaşayış yerlərini‚ evləri təsərrüfat sahələrini daim atəşə tutması və terror hücumları təşkil etməsi Azərbaycanı lazımı ölçü götürməyə məcbur etdi. Bu gün cəbhədəki hərbi əməliyyatlar zamanı da ermənilər mülki insanları‚ dinc sakinləri və yaşayış evlərini və müharibə zonasından kənar və uzaq əraziləri atəşə tutur. Bu hal hərbi cinayətdir. Beynəlxalq hərbi qanunlara əsasən mülki vətəndaşlara‚ əliyalın dinc sakinlərə‚ müharibəyə aidiyyatı olmayan şəxslərə və ərazilərə güllə atmaq və təsərrüfat sahələrini‚ yaşayış evlərini hədəfə almaq qəti qadağandır və hərbi cinayət sayılır. Bu‚ birbaşa teror əməlidir. Ermənistan bu cinayətlərin hamısına imza atıb. Bu münaqişədə ermənistanın bölgəsəl müttəfiqləri və dəstəkçiləri işğalçı ölkəni Azərbaycana qarşı silahlandırır. Ermənistan rəhbərliyinin hazırkı mövcud siyasəti vandalizm və terrorizm siyasətidir. Bəzi qüvvələrin ermənistana silah‚ hərbi-sursat və müzdlu döyüşçülər göndərməsilə bölgədə terror ocaqları və təhlükə mənbəyi yaradılır. Azərbaycan isə özünü müdafiə məqsədilə ermənistanın Azərbaycana olan hərbi təcavüzünə və dinc sakinlərimizin‚ mülki vətəndaşlarımızın atəşə tutulmasının qarşısını almaq məqsədilə anti-terror və ərazilərimizin işğaldan təmizlənmə əməliyyatı həyata keçirir. Azərbaycanın öz ərazi bütövlüyünü‚ mülki sankinlərin təhlükəsizliyini qorumaq və teror hücumlarının qarşısını almaq hüququ vardır və bunu etməlidir. Erməni işğalı və ermənilərin törətdiyi vandalizm və terrorizm aktları nəticəsində Azərbaycana 500 milyard dollardan artıq maddi ziyanlıq dəymişdir. Hazırda erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanlığın həcmi daha da artmaqdadır. Azərbaycan bu münaqişədə haqqlıdır və işğala‚ terrora məruz qalan tərəfdir və Dünya birliyi Azərbaycanın haqqlı mövqeyinə dəstək verməli‚ işğalçı ölkəyə qarşı cəza tədbirləri həyata keçirilməli və sanksiya tətbiq edilməlidir. Ermənistan hərbi cinayətlərinə‚ Azərbaycan torpaqlarını işğalda saxladığına və dinc sakinlərimizi qətlə yetirərək terror aktları törətdiyinə və dövlət sərhədlərimizə qarşı daim qəsbkarlıq və təxribat məqsədilə təcavüzkar hücumlar həyata keçirtdiyinə görə beynəlxalq qanunlarla mühakimə olunmalıdır. İşğalçı ölkəyə qarşı beynəlxalq birlik‚ BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq işğala və terora davam etdiyi və Azərbaycana 500 milyard dollardan artıq maddi ziyanlıq vurduğu üçün sanksiya tətbiq edilməsi beynəlxalq qanunların tələbidir. Dünya birliyi beynəlxalq qanunları icra etməyə borcludur. İşğalçı ölkənin beynəlxalq qanunlar qarşısında cəzalandırılmaması və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra edilməməsinə göz yumulması ikili standartların açıq təzahürüdür və ermənipərəstlikdir.
Вернуться назад |