Главная > Cəmiyyət > Kamal Cəfərov: “Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”
Kamal Cəfərov: “Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”2-10-2020, 11:58. Разместил: azadses |
“Bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərədə aparılır”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib. O bildirib ki, Fransa Prezidentinin mövqeyi neytral vasitəçiliyin tələblərinin kobud şəkildə pozulmasıdır: “Makronun bu mövqeyi elə ən birinci Fransa hökumətinin maraqlarına ziddir. Makronu bu mövqeyi Azərbaycan və Fransa arasında olan dostluq münasibətlərinə xələl gətirə bilər. ATƏT-in Minsk Qrupunun, BMT-nin əsas işi BMT-nin icra edilməmiş 4 qətnaməsinin icrasını təmin etmək idi. Bunu etməyibsə, Azərbaycan Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə cavab verən əks-hücum əməliyyatları ilə torpaqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edəcək. BMT Nizamnaməsinin 51 maddəsi Azərbaycana bu haqqı verir. Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”. Вернуться назад |