Главная > Cəmiyyət > 50 nəfər gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına qatıldı

50 nəfər gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına qatıldı


1-10-2020, 17:31. Разместил: azadses
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əkshücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları Azərbaycan ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.
Qələbə sənindir, Azərbaycan Əsgəri!
Qarabağ Azərbaycandır!

Вернуться назад