Главная > Cəmiyyət > “Kapital Bank”: Növbəti dividend ödənişi gələn ilin yanvar ayında olacaq
“Kapital Bank”: Növbəti dividend ödənişi gələn ilin yanvar ayında olacaq1-10-2020, 09:09. Разместил: azadses |
"Kapital Bank" ASC hər ilin maliyyə nəticələri əsasında, əldə etdiyi xalis mənfəətdən səhmdarlarına dividend ödəyir. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu il də “Kapital Bank” ötən ilin mənfəətindən dividend ödənişi həyata keçirib. Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, 2020-ci ilin may, iyun, iyul və avqust aylarında səhmdarlara ümumilikdə 112 milyon manat dividend ödənilib. Bunun 6 milyon manatı imtiyazlı səhm sahiblərinə çatıb. “Kapital Bank” dividendlərin növbəti hissəsinin gələn ilin yanvar ayında ödənilməsilə bağlı noyabrın 6-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını çağırıb. Səhmdarlar qeyd olunan vaxtda əvvəlki qaydada Bankın filiallarına müraciət edə bilərlər. Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Вернуться назад |