Главная > Cəmiyyət > Xaricdən sifariş edənlərin nəzərinə!

Xaricdən sifariş edənlərin nəzərinə!


30-09-2020, 12:55. Разместил: azadses
Dövlət Gömrük Komitəsi xaricdən onlayn sifariş edənlərə müraciət ünvanlayıb.
“Azad Səs”-ə daxil olan məlumatda bildirilir:
“Mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart customs” mobil tətbiqi  ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, yaranmış vəziyyət nəzərə alınaraq vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı “Smart Customs” mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.
“Smart Customs” tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq”.

Вернуться назад