Главная > Cəmiyyət / Manset > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ29-09-2020, 16:22. Разместил: azadses |
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 102 nəfər sağalıb, 58 yoluxma faktı qeydə alınıb. ''Azad Səs'' xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 702-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 496, bu günə qədər isə ümumilikdə 1 110 279 test icra olunub. Вернуться назад |