Главная > Cəmiyyət > SON DƏQİQƏ: Baş nazirdən karantin rejimi ilə bağlı QƏRAR

SON DƏQİQƏ: Baş nazirdən karantin rejimi ilə bağlı QƏRAR


28-09-2020, 16:19. Разместил: azadses
Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddətinin uzadılması barədə" qərar imzalayıb.
"Azad Səs" xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.
Bundan başqa, 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat
00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Вернуться назад