Главная > Cəmiyyət > Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi bərpa olundu
Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi bərpa olundu28-09-2020, 08:21. Разместил: azadses |
![]() "Azad Səs"in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı. Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb. Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub. Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması sentyabrın 30-dək tətbiq ediləcək. Вернуться назад |