Главная > Cəmiyyət > "İnsanlara "evdə qal" deyib, özləri Antalyadan fotolar paylaşır" - VİDEO
"İnsanlara "evdə qal" deyib, özləri Antalyadan fotolar paylaşır" - VİDEO25-09-2020, 12:31. Разместил: azadses |
ARB TV-də yayımlanan "Xəbər-ətər" verilişində sosial şəbəkələr müzakirə edilib. ''Azad Səs'' AZXEBER.COM-a istinadən xəbər verir ki, verilişdə qonaq olan tanınmış jurnalist Hacıbəy Heydərli bəzi məşhurları tənqid edib. O deyib ki, sosial şəbəkələrdə məşhurlara qarşı aqressiyanın səbəbi məşhurların özləridir: "Bəzi məşhurlar sosial şəbəkələrdə özlərini apara bilmirlər. İnsanların həssas günlərində dəbdəbəli həyatlarını, bahalı avtomobillərini, maşınlarını paylaşırlar. Buna nə lüzum var?" Jurnalist deyib ki, müğənnilər karantin müddətində də tənqidlərə məruz qalıb: "Koronavirusa görə karantin tətbiq olunur. Ancaq bəzi məşhurlar buna əhəmiyyət vermirlər. İnsanlara "evdə qal" deyib, özləri Antalyadan fotolar, "selfi"lər paylaşırlar. Bu müddətdə dövlətimiz tərəfindən çox uğurlu kampaniyalar aparıldı. Ancaq görmədim ki, hansısa məşhur karantin müdddətində nəsə bir yenilik etsin. Evdə oturub, toyları gözləməklə deyil, yenilik etmək lazımdır". Həmin görüntüləri təqdim edirik: Вернуться назад |