Главная > Cəmiyyət > Kamaləddin Qafarova çətin sual - 2500 maaşla 10 milyonluq villa?

Kamaləddin Qafarova çətin sual - 2500 maaşla 10 milyonluq villa?


25-09-2020, 11:54. Разместил: azadses
"Deputat Kamaləddin Qafarov ölkənin ən böyük biznes oliqarxlarından biridir. Onun millət vəkili olmasına kim qərar verib, nəyə lazımdır, bunu hələ də anlamıram”.
 
''Azad Səs'' Pravda az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarovun qanunsuz biznes sahələrinə nəzarət etməsi və parlamentdəki fəaliyyəti barədə danışarkən Fərqli Vətəndaş Hərəkatının sədri Günel Səfərova deyib:
 
"Kəmaləddin Qafarovun Milli Məclisin iclaslarında hansısa təkliflə çıxış etdiyinin şahidi olmamışam. Bəlkə də ola bilsin, üzvü olduğu parlamentin Səhiyyə Komitəsinin iclaslarında müəyyən təkliflərlə çıxış edib. Amma COVİD pandemiyası dövründə səhiyyə və sağlamlıqla bağlı məsələlərdə təmsil etdiyi sahənin nümayəndəsi olaraq onun da prosesdə töhfəsi olmalı idi. Amma bunu da görmədik”.
 
Həmsöhbətimiz K. Qafarovun təmsil etdiyi Binəqədi ərazisindəaztəminatlı əhali üçün ərzaq yardımı etdiyinə də toxunub: "Bu barədə seçicilər mənə məlumat verib. Ancaq bilirik ki, deputatın əsas işi bundan ibarət deyil. Maskaların tapılmayan vaxtı heç olmasa həmin təmsil etdiyi ərazidə pulsuz maska paylaya bilərdi. Bu dövrdə özünə məxsus apteklərdə koronavirusla bağlı olan və qiymətləri kəllə-çarxa çıxan dərmanların qiymətini heç olmasa tənzimləyib aşağı sala bilərdi. Eşitmişəm ki, Binəqədi ərazisində yaşayan ankoloji xəstələrdən bəzilərini pulsuz müalicə etdirib”.
 
Günel Səfərova bildirdi ki, vəzifəli şəxslərin, deputatların bizneslə məşğul olması əslində qanuna ziddir. Amma görünən odur ki, bu qanunlar bəzi digər vəzifəlilər kimi, Kamaləddin Qafarova da aid deyil: "Azərbaycanda dövlət satınalmaları və tenderləri bərbad vəziyyətdə keçirilir. Hətta Gürcüstanda belə bu proses elektron formada keçirilir. Azərbaycanda isə bu yoxdur. Ölkəmizdə tenderlər və satınalmalar, onların necə keçirilməsi ilə bağlı məlumatlar əlçatan deyil. "Azəri-Med" MMC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.
 
Bundan başqa bildiyimə görə, o Milli Onkologiya Mərkəzində müavin vəzifəsində qalmaqda davam edir. Həmçinin "Zəfəran” və "Elit” apteklər şəbəkəsi ona məxsusdur. Onun hətta xaricdə də biznesi var. Təəssüf ki, "Gəlir Bəyannaməsi” qəbul edilmədiyindən bu kimi deputatlar, vəzifəli şəxslər də prosesdən sui-istifadə edərək yararlanırlar.
 
Bu ölkədə ən ciddi problem korrupsiya və yüksək vəzifəli şəxslərin biznesi monopoliyaya almasındadır. Burada alim olmağa ehtiyac yoxdur. Sadə bir suala cavab vermək lazımdır. 2500 manat məbləğində maaş alan insan 10 milyonluq villada necə yaşaya bilər?/Sfera

Вернуться назад