Главная > Cəmiyyət > Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlanıla bilər?
Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlanıla bilər?25-09-2020, 11:16. Разместил: azadses |
Bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir. Pensiyaçının həmin vəsaiti kartında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb. ''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər: “DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirlər”. Вернуться назад |