Главная > Cəmiyyət > Dondurucuda gizlənən bakteriyalar

Dondurucuda gizlənən bakteriyalar


25-09-2020, 08:20. Разместил: azadses
Soyuducuların dondurucusunda evdə hazırlanan məhsulları dondurmaq üçün yox, əvvəllər dondurulmuş yeməyi saxlamaq üçün istifadə etmək daha yaxşıdır.
“Azad Səs” xəbər verir ki, bunu sağlam qidalanma üzrə mütəxəssis, televiziya aparıcısı, aşbaz Sergey Sinitsin bildirib.
Onun sözlərinə görə, müasir dondurucu avadanlıqlar məhsulun keyfiyyətini və quruluşunu pozmur.
“Əgər nəyisə dondurmağa, məsələn əti dondurmaq istəyirsinizsə bunu mütləq düzgün formada edin. İdeal seçim vakumda dondurmaqdır. Bu cür məhsullarla ehtiyatlı olmaq lazımdır”.
O, qeyd edib ki, dondurucu üç aydan bir təmizlənməlidir:
“Bir çox ailədə nadir hallarda dondurucuya dərindən baxırlar, orada, məsələn, keçən ildən qalan balıq və ya ət tikələrini tapmaq olar. Bu cür məhsullar keyfiyyətsizdir və onsuz da təhlükəli hala gəlir, çünki bakteriyalar soyuqda da çoxalır. Buna görə dondurucular mümkün qədər yaxşı təmizlənməli, boşaldılmalı, dezinfeksiya edilməli və orada saxlanılan məhsullar yenilənməlidir”.
Soyuducuda həmçinin təzə dəniz məhsullarını havakeçirməz, qapaqlı, yaxşıca bağlanmış bir qabda ən çox, 2 gün saxlamaq olar.Report

Вернуться назад