Главная > Cəmiyyət > TƏBİB: Fəsadlar çox ağır olur

TƏBİB: Fəsadlar çox ağır olur


24-09-2020, 11:12. Разместил: azadses
“Son 20 ildə idman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb. Bundan idmanda performansı artırmaq və gözəl görünmək üçün istifadə olunur. Ancaq fəsadları çox ağır olur”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş “Steroidlər - Cəmiyyət üçün təhlükə” mövzusunda mətbuat konfransında TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva deyib.
 
O bildirib ki, steroidlərdən mütəmadi istifadə idmançıların əzələlərinin getdikcə məhvinə səbəb olur: "Təəssüf ki, bu gün nəinki peşəkar, hətta həvəskar idmanda da steroidlərdən istifadə artıb. Xüsusən də, fitness zallarda gənclər bundan daha çox yararlanırlar".APA

Вернуться назад