Главная > Cəmiyyət > ŞOK: 2020-ci il daha pis hadisələrlə yekunlaşacaq - Azərbaycan üçün...

ŞOK: 2020-ci il daha pis hadisələrlə yekunlaşacaq - Azərbaycan üçün...


22-09-2020, 17:14. Разместил: azadses
Bu ilin çətin və stressli olacağı hələ ilin əvvəlindən astroloqlar tərəfindən söylənmişdi. Onların sözlərinə görə, bu ili fərqləndirən əsas xüsusiyyətlərdən biri nadir səma hadisələrinin 2020-yə təsadüf etməsi idi. Bəs görəsən, siçan ilinin bitməsinə 3 ay qalmış ulduzlar bizə nələr deyir? 2020-ci ilin sonu və 2021-ci ildə dünyanı və ölkəmizi nələr gözləyir?
''Azad Səs'' Redaktor.az -a istinadən xəbər verir.
Tanınmış astroloq Amir Paşayev müsahibəsində deyib ki, Mars bizi hərəkətə gətirən, motivasiya edən planetdir. Mifologiyalarda savaş tanrısı ilə əlaqələndirilir və ən güclü təsir göstərdiyi bürc qoç bürcüdür:
“Mars qoç bürcündə hərəkət edəndə yanğınların, savaşların, hərəkətin enerjisi artır. Bu zaman insanlar daha səbrsiz olur, hər hansı bir işi görəndə tələsirlər:
“Yay aylarında Mars planeti qoç bürcünə keçdiyi üçün özünü daha aydın şəkildə göstərdi və dünyanın bir çox yerlərində yanğınlar artmağa başladı. Yeni işlərə başlamaq üçün heç əlverişli  zaman deyil. Əvvəldən qurulmuş planlarda gecikmələr baş verir, qəfil qəzalar artır. Bu kimi məsələlərdə biraz daha diqqətli olmaq lazımdır. Təbii ki, bütün bunların hər bir şəxsdə təsirləri fərqli olur, bunu daha yaxşı aydınlaşdırmaq üçün fərdi ulduz xəritəsinə baxılmalıdır. Amma onu deyə bilərəm ki, bizi ağır payız-qış ayları gözləyir. 10 sentyabr – 14 noyabr tarixlərində Mars geriyə doğru hərəkət etməyə başlayacaq. 14 oktyabr – 3 noyabr isə ünsiyyəti, zəkanı, qərar vermə funksiyasını təmsil edən Merkuri planeti geri hərəkət etməyə başlayacaq. Bu, ünsiyyət, texnologiya, anlaşmalarda problem yaradacaq. Amerika-İran, Türkiyə-Yunanıstan, Azərbaycan-Ermənistan münasibətləri yenidən gündəmə gələcək. Dini zəmində terror hadisələri arta bilər”.
Bütün bunlarla yanaşı çalışmaq lazımdır ki, aqressiyadan uzaq olaq. İnsanların çoxu bu dövrdə daha da emosionallaşacaq, münasibətlərdə ehtiyyatlı olmaq lazımdır. Keçmiş dövrdə əldən qaçırılmış fürsətlər varsa, bu kimi fürsətləri əldə etmək imkanı yenidən yarana bilər. Təbii ki, bunları ehtiyyatla dəyərləndirmək lazımdır. Həmin müddət ərzində əlimizdə olanları qorumalı və qəfil qərarlar verməməliyik.
Koronavirus yayılmağa başlayanda planetlərin hərəkəti necə idisə, həmin hərəkətlərin yenidən baş verməsi ehtimalı var və sentyabrın sonuna doğru yoluxma sayı arta bilər. Dekabra qədər də 2-ci dalğanı görə bilərik”.

Вернуться назад