Главная > Cəmiyyət > Media eksperti Beynəlxalq Bankın xidmətlərindən imtina etdi, hüquq müdafiəçisi isə şikayətçidir

Media eksperti Beynəlxalq Bankın xidmətlərindən imtina etdi, hüquq müdafiəçisi isə şikayətçidir


22-09-2020, 15:41. Разместил: azadses
“Əlli dəqiqədir ki,Beynəlxalq Bankın Hyatt Recens hotelində yerləşən Abşeron filialında xidmət almaq üçün növbədəyəm. Xidmət demək olar ki, yox səviyyədədir”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib.
 
Ə.Nuriyevin sözlərinə görə, bəzən elə olur ki, xidmət göstərən şəxs dəqiqələrlə telefonda danışır: “Xidməti həyata keçirən bank əməkdaşının xidmət stolunun kimə xidmət göstərirsə, onun nömrəsi yazılmır. Ancaq ümümü növbə göstərən lövhə yanır. Olduğum müddət ərzində hətta bəzi xidmət göstərən stullarda heç kəsə xidmət göstərilməyib. Elə müştəri var ki, burada səhər saat 09.40-dan növbədə olmasına baxmayaraq xidmət almayıb və heç bir izahat da verilmir! Bir sözlə, xidmət bərbad vəziyyətdədir”.
 
Media eksperti Ələsgər Məmmədli isə deyib ki, keyfiyyətsizlikdən sonra bankı dəyişib: “Hər dəfə yarım günüm itirdi bankda. Yasamal filialında...”


Вернуться назад