Главная > Cəmiyyət > Dövlət vətəndaşların avtomobillərini yığacaq?

Dövlət vətəndaşların avtomobillərini yığacaq?


22-09-2020, 11:37. Разместил: azadses
Dünəndən sosial şəbəkələrdə mülki vətəndaşların "pick-up” ban növlü avtomobillərin yol polisi tərəfindən yığılması və hər an başlaya biləcək döyüşlərdə istifadə olunacağı haqda məlumatlar yayılıb. Bu məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub.
 
''Azad Səs'' Qafqazinfo-ya istinadla xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur: "Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur.
 
Azərbaycanda bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş "Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb.

Вернуться назад