Главная > Cəmiyyət > Ermənilərin sosial şəbəkədəki TƏXRİBATI - FOTO
Ermənilərin sosial şəbəkədəki TƏXRİBATI - FOTO21-09-2020, 16:00. Разместил: azadses |
Xəbər verdiyimiz kimi, bu gecədən etibarən Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. "Azad Səs" Baku.ws-ə istinadən xəbər verir ki, ermənilər sosial şəbəkə vasitəsi ilə Azərbaycan dilində mesajlar yazmağa və hərbi sirri əldə etməyə çalışır. Uğur Rzayev adlı şəxs ona ermənidən gələn mesajı saytımıza belə şərh edib: "Öncə Ranar Cabbarov adlı şəxsdən mesaj gəldi. Azərbaycanlı olduğunu bildirib, cəbhədə vəziyyətin necə olduğunu soruşdu. Daha sonra "Ermənistana hücum olacaqmı?" sualını verdi. Onun erməni oldğunu başa düşüb, söyüb bloka atdım. Yenidən ona mesaj yazmaq istəyirdim deyə, blokdan çıxartdım. Çıxartdıqda isə həmin şəxsin adı Berik Koçaryan yazılmışdı. Xahiş edirəm, bir azərbaycanlı kimi, bütün Azərbaycan xalqı bir olaq, oyaq olaq, düşəmənə hərbi sirr verməyək". Sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza diqqətli olmalarını, cəbhə və hərbi məsələlərlə bağlı heç bir şərh və mesaj yazmamalarını tövsiyə edirik. Fotoları təqdim edirik: Вернуться назад |