Главная > Cəmiyyət > “Gəlir yoxdur, borc götürməli oldum” - Emin Ağalarov
“Gəlir yoxdur, borc götürməli oldum” - Emin Ağalarov18-09-2020, 13:08. Разместил: azadses |
Xalq artisti Emin Ağalarov kredit götürdüyünü açıqlayıb. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bəstəkar-müğənni bu barədə “Şok kontent” proqramında danışıb. Emin pandemiya dövründə yaşadığı çətinliklərdən söz açıb. O, aparıcı Konstantin Tarasyukun “Yaxşı bilirik ki, hazırda qeyri-stabil bir dövrdəyik. Və heç kim pullarını necə, hansı valyutada saxlayacağını, hara xərcləyəcəyini, nəyə sərmayə edəcəyini bilmir”- sözlərinə belə şərh verib: “Əlbəttə ki, pul varsa... Mən məsələn, bura gəlməzdən əvvəl öz layihələrim üçün növbəti krediti rəsmiləşdirdim. Çünki gəlir yoxdur və borc götürmək lazım olur”. Вернуться назад |