Главная > Cəmiyyət > Azərbaycanda peyvəndləməyə BAŞLANILDI

Azərbaycanda peyvəndləməyə BAŞLANILDI


18-09-2020, 11:24. Разместил: azadses
Hal-hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir.
''Azad Səs'' AZSABAH.COM-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.
Poliklikalarda dispanserizasiya və vaksinasiya prosesləri haqqında söhbət açan Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri E.Hacıyeva bildirib ki, ölkədaxili sərt karantin dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılmışdı:
"Hal-hazırda karantin qaydalarının yumşalamasından sonra dispanserizasiya prosesi yenidən bərpa olunub. Eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə öz təsirini göstərib. Hal-hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir".(Trend)


Вернуться назад