Главная > Cəmiyyət > “Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır” fikrini Jalə Əliyeva deyil, Jalə Əhmədova deyib
“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır” fikrini Jalə Əliyeva deyil, Jalə Əhmədova deyib18-09-2020, 09:00. Разместил: azadses |
“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 17-də keçirilən iclasında deputat Jalə Əhmədova deyib. Deputat media işçilərinə müraciə edib: “Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir”. Qeyd: Sosial şəbəkələrdə bu fikri deputat Jalə Əliyevanın səsləndirdiyi iddia edilirdi. Amma o, açıqlama yayaraq bunu təkzib edib. Вернуться назад |