Главная > Cəmiyyət > Oktyabrın 1-dən Kiyev-Bakı aviareysi bərpa oluna bilər

Oktyabrın 1-dən Kiyev-Bakı aviareysi bərpa oluna bilər


17-09-2020, 11:58. Разместил: azadses
Oktyabrın 1-dən etibarən "Ukraine International Airlines" (UIA) şirkəti Kiyevdən 5 beynəlxalq istiqamət üzrə uçuşlar həyata keçirməyi planlaşdırır.

''Azad Səs'' APA-ya istinadən xəbər verir ki, qeyd olunan tarixdən etibarən Kiyevdən Brüsselə (Belçika), Düsseldorfa (Almaniya), Londona (Böyük Britaniya), Praqaya (Çexiya) və Bakıya (Azərbaycan) uçuşlar həyata keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, UIA Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen və Praqa şəhərlərindən Kiyev üzərindən Dubay, Qahirə, Bakı, İstanbul, Tel-Əviv və İrəvana tranzit reyslər təklif edir.

Həmçinin Kiyev üzərindən Dubay, Qahirə, Bakı və İrəvan şəhərlərindən Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen, Praqa, Tel-Əviv və İstanbula tranzit reyslər təklif olunur.


Вернуться назад