Главная > Cəmiyyət / Manset > Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”

Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”


11-12-2019, 11:27. Разместил: azadses

"Bütün dərman preparatlarında olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən şprislərin də sterilliyi yoxlanılır və bunun standartları müəyyənləşib".

Azadsəs APA-ya istinadən xəbər verir ki bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib: “O ki qaldı bəzi qurumlar və qeyri hökumət təşkilatlar tərəfindən 3 hissəli şprislərin qadağan olunması ilə bağlı səslənən fikirlərə, belə bir qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiqlənib”.

Nazir müavini qeyd edib ki, Azərbaycana idxal olunan şprislərlə bağlı Səhiyyə Nazirliyinin müvafiq qurumlarına tapşırıq verilib: “Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır. Bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq. Gələn ildən Səhiyyə Nazirliyin Analitik Ekspertiza Mərkəzində bununla bağlı laboratoriyalar quraşdırılacaq. Bu şprislərin ucluqları və polietilen keyfiyyəti yoxlanılacaq”.



Вернуться назад