Главная > Cəmiyyət > "Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR

"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR


16-09-2020, 14:35. Разместил: azadses
“İmişli rayonu, V. Novruzov adına 1 saylı Sarıxanlı kənd orta məktəbinin direktoru Elşən Baxşəliyev qanunsuz əməllər törədir, rüşvət alır, müəllim adına yaraşmayan hərəkətlər edir”.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, bu iddiayla bağlı “Qafqazinfo”ya bir qrup şikayətçi kənd sakini müraciət edib. Məktəbin qarşısına toplaşaraq etiraz aksiyası keçirən sakinlər artıq direktorun əməlləri ucbatından uşaqlarını məktəbə göndərmək istəmədiklərini bildiriblər.
Vüqar Muradov adlı valideynin ittihamına görə, işçilərdən rüşvət tələb edən E. Baxşəliyev heç vurma cədvəlini də bilmir:
“Bu müəllimin savadı yoxdur, gəlib attestasiya keçirsinlər. Şəhidin adını daşıyan məktəbdə necə bu cür savadsız adam işləyə bilər? Bu adam öz tələbəsinə, müəlliminə sataşır, işçilərdən hər ay 30 manat rüşvət tələb edir. Biz onun direktorluqdan yox, ümumiyyətlə, məktəbdən uzaqlaşdırılmasını istəyirik”.
Digər valideyn Anar Əhmədzadə iddia edib ki, direktor oğluna spirtli içki aldırmağı tapşırıb:
“Oturub şagirdləriylə qumar oynayır, şagirdlərdən birinə tapşırır ki, “atana de, araq alsın”. Uşaq da atası araq almadığına görə məktəbə getməkdən qorxur. Bu müəllim savadsız olmaqla yanaşı, həm də əxlaqsızdır”.
Şikayətçilərin sözlərinə görə, direktor bir müddət işdən uzaqlaşsa da, sonradan yenə işinə bərpa olunub:
“O, 18 min manat rüşvət verərək işə bərpa olunduğunu və həmin pulu çıxarmaq üçün işçilərdən pul tələb etdiyini deyir”.
63 nəfərlik siyahı tərtib edərək aidiyyatı qurumlara müraciət etdiklərini deyən məktəb valideynləri bildirir ki, dəfərlərlə direktorun qanunsuz əməlləri ilə bağlı rayon Təhsil Şöbəsində qəbulda olublar. Bu haqda Baş Prokurorluğa, İmişli rayon Prokuroruna şikayətlər ediblər.
Digər bir şikayətçi Asif Allahverdiyev isə iddia edib ki, E. Başxəliyev məktəbə məxsus əşyaları vaxtilə ona satıb:
“Mən 9 ildir bu məktəbdə işləyirəm. Elşən Baxşəliyev məktəb direktoru olduğu müddətdə öz otağındakı şkafı, televizoru və məktəbin əşya şkafını mənə 200 manata satıb. İndi də Niyaməddin Gözəlovun şikayətinə görə onları geri istəyir. Mən deyirəm ki, pulumu ver, gəl, həmin əşyaları apar. Amma direktor pulu qaytarmaq istəmir. Deyir ayın 10-dək əşyaları geri qaytarmasan, səni tutduracağam”.
Şikayəti araşdırmaq üçün Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hazırda bu məsələ ilə bağlı xidməti araşdırma aparılır. Nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.


Вернуться назад