Главная > Cəmiyyət > Azərbaycanda televiziya rəhbəri işdən çıxdı - FOTO
Azərbaycanda televiziya rəhbəri işdən çıxdı - FOTO15-09-2020, 08:43. Разместил: azadses |
"Cavan” TV-nin rəhbəri Murad Ağabəyli tutduğu vəzifədən ayrılıb. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, o bu barədə sosial mediada məlumat verib. M.Ağabəyli telekanaldan öz xoşu ilə getdiyini vurğulayıb: "Bütün forumlarda, tədbirlərdə çıxış edəndə deyirdim ki, bir QHT-yə iki ildən artıq rəhbərlik etmək düzgün deyil. "Cavan"a gələndə də, qarşıma iki illik bir müddət qoymuşdum. Pandemiyaya görə bu müddəti altı ay uzatmalı oldum. Amma artıq vaxtdır. Təşkilata yeni beyinlər, yeni ideyalar, bir sözlə, yeniliklər lazımdır. Bununla da, "Cavan"da öz adıma olan sonuncu yeniliyi etmək istəyirəm. Ölkənin ən böyük təşkilatlarından birinin rəhbəri olaraq özüm öz istəyimlə missiyamın sonunu başa düşür və təşkilatdan ayrılıram”. Вернуться назад |