Главная > Cəmiyyət > "Kurtlar Vadisi"nin başlayacağı tarix məlum oldu

"Kurtlar Vadisi"nin başlayacağı tarix məlum oldu


12-09-2020, 15:04. Разместил: azadses
Türkiyənin məşhur seriallarından biri "Kurtlar Vadisi"nin başlayacağı tarix məlum olub.

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, serialın baş qəhrəmanlarından birini canlandıran aktyor Cahid Kayaoğlu öz "facebook" səhifəsindən "Kurtlar Vadisi"nin 2021-ci ilin sentyabr ayından etibarən yenidən başlayacağını açıqlayıb. 

Bu barədə ilk məlumatı tanınmış türkiyəli jurnalist Tahir Sarıkaya serialın baş rolunda çəkilən Necati Şaşmazla görüşündən sonra deyib.

Qeyd edək ki, "Kurtlar Vadisi" Türkiyədə ən uzunömürlü seriallardan biridir. 13 illik yayımın ardından 2016-cı ildə çəkilişləri dayandırılmışdı.(yeniavaz.com)

Вернуться назад