Главная > Cəmiyyət > Təcili yardım gündəlik 1000 yaxma nümunəsi götürüb
Təcili yardım gündəlik 1000 yaxma nümunəsi götürüb12-09-2020, 10:51. Разместил: azadses |
“Pandemiya dövründə 103 Çağrı Mərkəzi hər gün 2500-ə yaxın müraciət qəbul edir və icra edir. Bu müraciətlərin əksəriyyəti həyat üçün təhlükə yaradan hallar - miokard infarktı, insult, doğuş, travmalar, zəhərlənmə, yanıq, cərrahi xəstəliklər, nevroloji, ginekoloji, psixiatrik problemlərlə əlaqədardır”. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb. Həmçinin, gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb. O, hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2370 nəfərə yaxın həkim və orta tibb heyətinin çalışdığını bildirib. Xidmətin 170 nəfərdən ibarət olan dispetçer heyəti həftənin 7 günü, 24 saat fəaliyyət göstərir. R. Nağıyev həmçinin bildirib ki, xüsusiləşmiş təcili yardım briqadaları tərəfindən hərarəti yüksək olan şəxslərdən gündəlik 1000 ədəddən çox laborator müayinə üçün yaxma nümunəsi götürülüb. Вернуться назад |