Главная > Cəmiyyət > Təhsil Nazirliyi: "Məktəbdə hazırlıq keçirilməsinə icazə verilməyəcək"
Təhsil Nazirliyi: "Məktəbdə hazırlıq keçirilməsinə icazə verilməyəcək"11-09-2020, 16:15. Разместил: azadses |
“Məktəb daxilində hazırlıq keçirilməsinə icazə verilməyəcək. Buna səbəb epidemioloji vəziyyəti nəzarətdə saxlamaqdır". ''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn konfrans zamanı bildirib. O vuğulayıb ki, əlavə şagird gəlməsi sıxlığa səbəb ola bilər. Vəfa Yaqublu həmçinin deyib ki, valideynlər övladları üçün əlavə müəllim tutmaq istəyirsə bu, onların şəxsi işidir: “Amma bunu məktəb daxilində etmək qəbuledilməzdir”. Вернуться назад |