Главная > Cəmiyyət > Qanunsuz ov edən şəxslər cəzalandırılıblar

Qanunsuz ov edən şəxslər cəzalandırılıblar


11-09-2020, 14:13. Разместил: azadses
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonunun Ağdərə kəndində və Qobustan rayonunun Duzan adlanan ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Xidmət rəisinin müavini Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Ramil Nəsirov, Şirvan şəhər sakini Ayaz Fərəməzov və Şamaxı rayon sakini Emin Mikayılov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.


Вернуться назад