Главная > Cəmiyyət > Bakıdakı aksiya ilə bağlı polisdən AÇIQLAMA

Bakıdakı aksiya ilə bağlı polisdən AÇIQLAMA


9-09-2020, 15:39. Разместил: azadses
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

BŞBPİ-nin Mətbuat xidmətindən Demokrat.az-a daxil olan məlumatda deyilir: 

"Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıb".

Вернуться назад