Главная > Cəmiyyət > Azərbaycanda bu universitetlər Bakıdan kənara köçürülə bilər — AÇIQLAMA

Azərbaycanda bu universitetlər Bakıdan kənara köçürülə bilər — AÇIQLAMA


4-09-2020, 13:20. Разместил: azadses
Zaman-zaman ali təhsil müəssisələrin paytaxtdan kənar köçürülməsi məsələsi müzakirə olunur. Bölgələrdə yaşayan abituriyentlərin bir çoxu Bakıda yerləşən aili məktəblərə sənəd verməyi üstünlük verirlər. Təbii ki, bu da Bakının yüklənməsinə səbəb olur. Pandemiyadan sonra Bakı Dövlət Universitetindən başqa digər universitetlər şəhərdən kənara köçürülə bilərmi?
Bununla bağlı KONKRET.az -a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir:
“Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 157 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 120 947 ( bakalavr), 11 740 ( magistr) nəfər Bakıda təhsil alır. Etraf edək ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır. Danılmaz faktdır ki, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər. Əslində bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdə ali təhsil müəsissələrinin hesabınadır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Əgər belə olarsa, ali təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar”.Ekspert vurğulayıb ki, paytaxtdan kənara köçürülməyə ehtiyacı olan universitetlər əsasən Dillər Universiteti, İqtisad Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetdir:
“Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməi daha effektiv olardı. Bu həm də Bakı ərtafı ərazilərin də inkişafına təkan verərdi. Dünya təcrübəsinə baxanda görürük ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir.
Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər. Xatırladım ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, yaxın vaxtlrda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik”.
Kamran Əsədov bildirib ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur:
“O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-baxçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Bəzi institutların, maşın saxlamaq, tələbələrin hərəkəti üçün yol problemi var. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı. Qeyd edim ki, artıq Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı və Bakı Ali Neft Məktəbi şəhər ətrafına köçürülüb. Önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından aslı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir”.


Вернуться назад