Главная > Cəmiyyət > İşsiz vətəndaşlar üçün — SEVİNDİRİCİ XƏBƏR
İşsiz vətəndaşlar üçün — SEVİNDİRİCİ XƏBƏR3-09-2020, 14:15. Разместил: azadses |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir. Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq. Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur. Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:
Вернуться назад |