Главная > Cəmiyyət > Sentyabrda 190 manat birdəfəlik müavinət verilə bilər - AÇIQLAMA

Sentyabrda 190 manat birdəfəlik müavinət verilə bilər - AÇIQLAMA


3-09-2020, 12:23. Разместил: azadses
Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi sentyabrın 30-na kimi uzadılıb. Hazırda bir çox "Mallar"ın və iri ticarət mərkəzlərin fəaliyyətinə qoyulan qadağa hələ saxlanılmaqdadır. Qeyd edək ki, 13 rayon və şəhərdə yaşayan aztəminatlı ailələrə sərt karantin rejiminə görə avqust ayı üçün 190 manat birdəfəlik müavinət verilib. Sentyabr ayı üçün də 190 manat birdəfəlik müavinət veriləcəkmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, cənab prezident İlham Əliyevin siyasətinin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahın yaxşılaşdırılmasıdır:
"Vətəndaşlarımızın sosial qayğısı daim diqqət mərkəzindədir. Bununla bağlı dövlət hər zaman vətəndaşının yanındadır. Əgər karantin rejiminin vətəndaşın sosial durumuna və büdcəsinə hər hansı təsiri olacaqsa bu günə kimi olduğu kimi bundan sonra da kompensasiya olacaq. Vətəndaşlarımızın sağlamlığı və sosial rifahının yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzindədir".

Вернуться назад