Главная > Cəmiyyət > Nazirlik sosial şəbəkədə fotosu yayılan ahıl vətəndaşa sahib çıxdı - FOTOLAR
Nazirlik sosial şəbəkədə fotosu yayılan ahıl vətəndaşa sahib çıxdı - FOTOLAR2-09-2020, 16:43. Разместил: azadses |
Ötən gün bəzi sosial media səhifələrində ahıl bir kişinin Buzovna ərazisində küçələrdə gecələməsi və çətin həyat şəraiti barədə məlumat paylaşıldıqdan sonra o, tapılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib. ''Azad Səs'' AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Haşimov özünün rəsmi "facebook" səhifəsində paylaşım edib. O həmin şəxsin müəssisəyə gətirilməmişdən əvvəlki və sonrakı fotolarını paylaşaraq yazıb: "Şəkildə gördüyünüz Həbib dayıdır. Ötən gün bəzi sosial media səhifələrində onun Buzovna ərazisində küçələrdə gecələməsi və çətin həyat şəraiti barədə məlumat paylaşılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları məlumatı paylaşan şəxslərlə əlaqə saxlayıb, onun yerini dəqiqləşdirdilər. Az sonra isə Həbib Məmmədovu daimi gecələdiyi ərazidən götürüb Agentliyin Həssas Əhali Qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə gətirdilər. O ilk tibbi müayinədən sonra yataq yeri və isti yeməklə təmin olunub. Həbib dayı əvvəlcə müəssisənin karantin bölməsində qalacaq. Həmin müddətdə tibbi müayinələrdən keçəcək. Koronavirusa yoluxma aşkar olunmazsa Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə qəbul ediləcək. Burada onun gələcək həyatı üçün lazımi dəstəyin aparılması üçün də işlər görüləcək. Sosial mediada Həbib Məmmədov barəsində məlumatı paylaşaraq onun barəsində xəbər verən, məsələyə həssas yanaşan hər kəsə təşəkkürümüzü bildiririk! Вернуться назад |