Главная > Cəmiyyət > Alış-veriş zamanı çekləri tələb edərək ictimai nəzarət təmin olunmalı

Alış-veriş zamanı çekləri tələb edərək ictimai nəzarət təmin olunmalı


2-09-2020, 12:17. Разместил: azadses
Cari ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir.
Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında  Dövlət Vergi Xidmətinə əsasən məlumat verir.
Bu sistem vasitəsilə, supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır. Bu sahədə görülən işlər çərçivəsində Dövlət Vergi Xidməti qeyd olunan prosesin şəffaf, sürətli və effektiv keçirilməsini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal (www.edvgerial.az) istifadəyə verib. Portalın istifadəçiləri üçün çeklərdə olan məlumatların daxil edilməsi, alış-veriş barədə məlumatın əldə olunması, vəsaitlərin idarə olunması və digər imkanlar yaradılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar Nümayəndəliyinin təşəbbüsü ilə rayon ərazisində yaşayan vətəndaşlar arasında ƏDV-nin geri qaytarılması prosesi ilə bağlı maarifləndirici tədbir keçirilib. Təşkilatın gənc könüllüləri vətəndaşlara “ƏDV geri al” portalının fəaliyyəti barədə ətraflı məlumat veriblər. Maarifləndirmə zamanı onlara portalda qeydiyyat, şəxsi kabinetin yaradılması, portaldan istifadə qaydaları praktiki izah olunub.
Könüllülər maarifləndirmə işini mağaza və ictimai iaşə obyektlərinin yaxınlığında, vətəndaşların alış-veriş etdiyi müxtəlif məkanlarda və ictimai yerlərdə aparıblar. ƏDV-nin geri qaytarılması prosesi ilə yaxından tanış olan vətəndaşların bəziləri könüllülərin köməyi ilə portalda qeydiyyatdan keçiblər və alış-veriş çeklərini sistemə daxil edərək prosesi canlı izləyiblər. Vətəndaşlara məlumat verilib ki, istehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çekinin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsaitlə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Maaifləndirici tədbir çərçivəsində könüllülər vətəndaşların suallarını cavablandırıb və onları alış-veriş zamanı kassa çeklərini tələb edərək ictimai nəzarətin təmin olunmasında fəal olmağa çağırıblar.


Вернуться назад