Главная > Cəmiyyət > Məktəbli uniformaları ləğv edilməlidir – AÇIQLAMA
Məktəbli uniformaları ləğv edilməlidir – AÇIQLAMA31-08-2020, 11:37. Разместил: azadses |
"Dərslərin başlayacağı günə qədər iri ticarət mərkəzlərinin açılması barədə qərar olmazsa, onda məktəbli uniformaları bir müddət ləğv olunmalıdır". ''Azad Səs'' Metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, “Binə” və “Sədərək” ticarət mərkəzlərinin açılması məsləhətdir: “Bu məsələdə Operativ Qərargah çox ehtiyatla gedir. Dərslərin başlayacağı günə qədər iri ticarət mərkəzlərinin açılması barədə qərar olmazsa, onda məktəbli uniformaları bir müddət ləğv olunmalıdır. Şagirdlər nəyə imkanları varsa, onunla dərsə getməlidirlər. Burda əsas məsələ hansı geyim formasının olması deyil, dərslərin yarımçıq qalmamasıdır. Uşaqların bir il təhsilsiz qalmaları ciddi problemlərə səbəb ola bilər. Fikrimcə, ilk növbədə təhsilin bərpasıdır. Təbii ki, onun zahiri tərəfləri – geyimdə, tədrisin əvvəlki ritmlə keçməsində müəyyən dəyişikliklər olması mümkündür”.(Baku.ws) Вернуться назад |