Главная > Cəmiyyət > Bu ilin sonunadək beş yeni reabilitasiya müəssisəsi açılacaq

Bu ilin sonunadək beş yeni reabilitasiya müəssisəsi açılacaq


29-08-2020, 14:14. Разместил: azadses
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi üçün aparılan işlər davam etdirilir.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlik tərəfindən bu ilin sonunadək Sumqayıt və Şirvan şəhərlərində müasir tələblərə uyğun qurulmuş Reabilitasiya Müəssisələrinin açılması nəzərdə tutulub.
Bakının Xəzər rayonunda Müalicə Pansionatı da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.
Uşaq bərpa müəssisələri şəbəkəsinin regionlar üzrə genişləndirilməsinə də başlanılıb. Bu məqsədlə Nazirlik Qəbələ və Şəmkir rayonlarında inşa etdirdiyi uşaq reabilitasiya mərkəzlərinin bu ilin sonuna açılmasını planlaşdırılır.
Təkcə bu ay regionlarda müasir tələblərə uyğun üç reabilitasiya müəssisəsini istifadəyə verən Nazirlik ümumilikdə 2020-ci ildə 8 belə müəssisənin açılışını nəzərdə tutub.


Вернуться назад