Главная > Cəmiyyət > “Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var”
“Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var”29-08-2020, 11:36. Разместил: azadses |
“İşğal olunmuş Dağlıq Qarabağda koronavirusa yoluxmayla bağlı verilən rəqəmlər reallığı əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var. Bu məsələni ÜST qarşısında qaldırmışıq”. ''Azad Səs'' “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O qeyd edib ki, bu barədə məlumatlar işğalçı rejim tərəfindən tam şəkildə gizlədilir: “Orada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Məlumatlarda bizim statistika göstərilməlidir. Ancaq Azərbaycan oradan tam dolğun məlumat əldə edə bilmir. Ona görə də oradakı yoluxma bizim statistikamızda əksini tapmır” Вернуться назад |