Главная > Cəmiyyət > İmişlidə aztəminatlı ailələrə sovqat paylanılması davam etdirilir - Fotolar

İmişlidə aztəminatlı ailələrə sovqat paylanılması davam etdirilir - Fotolar


29-08-2020, 08:33. Разместил: azadses
İmişlidə aztəminatlı ailələrə sovqatların paylanılması diqqət mərkəzində saxlanılır. 
İmişli Rayon İcra Hakimiyyətinin məlumatına görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsi olaraq, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımları, həmçinin tibbi vasitələrin paylanılması davam etdirilir.Rayon İcra Hakimiyyətinin əməkdaşları müəyyən olunmuş siyahı əsasında rayon ərazisində yaşayan aztəminatlı, tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan 1500-dən artıq ailəyə ərzaq məhsullarından ibarət yardımlar paylanılır. Aksiya zamanı imkansız ailələr ziyarət edilir, onların mövcud durumları ilə yaxından maraqlanılır və həmin ailələrə yardımlar təqdim edilir.  Eyni zamanda vətəndaşlarla maarifləndirici söhbətlər də aparılır və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, İmişli rayonunda aztəminatlı, tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan sakinlərə dəstək davamlı xarakter daşıyır.  


Вернуться назад