Главная > Cəmiyyət > “Tale elə gətirdi ki, onun həlak olması xəbərini efir üçün mən yazmalı oldum”

“Tale elə gətirdi ki, onun həlak olması xəbərini efir üçün mən yazmalı oldum”


29-08-2020, 00:14. Разместил: azadses
Qulu Məhərrəmli: “O vaxt yazdığım cümlələrin hər biri indiki kimi yadımdadır”

Sabah Azərbaycan xalqının Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür.
Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən məşhur media eksperti, professor Qulu Məhərrəmli, Çingiz Mustafayevi yeni reportyorluq məktəbinin əsasını qoyan jurnalistlərdən biri kimi xarakterizə edib:
“Çingiz Mustafayevin jurnalistikaya gəlişi 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə təsadüf edir. O, yeni tip reportyorluq məktəbinin əsasıni qoyanlardan biridir. Biz onu daha çox cəbhədən hazırladığı reportajlardan tanıdıq. O, həm reportyorluğu, həm də operatorluğu özündə birləşdirmişdi və bunların hər ikisini gözəl bacarırdı.Həyat elə gətirmişdi ki, AZTV-də mənim əyləşdiyim otaqla “Xəbərçi”nin otağı yanaşı idik. Biz tez-tyez bir-birimizi görür, fikir mübadiləsi aparırdıq. Tale elə gətir ki, Çingizin həlak olması xəbərini televiziyada növbətçi redaktor olan gün aldım. Onun həlak olamsı xəbərini də efir üçün  mən yazdım. Yazdığım o cümlələrin hər biri yadımdadır.
O, jurnalistikamızda yeni növ reportyorluğun əsasını qoyanlardan biridir. Onun bu sahədə misilsiz xidmətləri olub. Biz onu, jurnalistikamızdakı xidmətlərini daim anır və 1rəhmət diləyirik”.


Вернуться назад