Главная > Cəmiyyət > Sentyabrdan rayonlara gediş-gəliş açıla bilər - YENİ QAYDALAR...
Sentyabrdan rayonlara gediş-gəliş açıla bilər - YENİ QAYDALAR...28-08-2020, 15:01. Разместил: azadses |
"Xarici ölkələrə gedənlər necə test verir, nəticəni öyrəndikdən sonra gedə bilirsə, bu qaydanı rayonlara gediş-gəliş üçün də tətbiq etmək olar”. Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib. Deputatın sözlərinə görə, müəyyən qayda-qanunlar əsasında rayonlara gediş-gəliş bərpa olunmalıdır: "Pandemiyanın doğurmuş olduğu problemlərin narahatçılığından indi-indi xilas olmağa başlayırıq. Ümid edirik ki, yaxın zamanda tamamilə bu bəladan qurtulacağıq. Bu məsələdə olduqca ölçüb-biçilmiş addımlar atılmalıdır. Düşünürəm ki, müəyyən qayda-qanunlar əsasında rayonlara gediş-gəliş bərpa olunmalıdır. Ciddi şəkildə virusa yoluxmuş bölgələrimiz xaric, digər rayonlara gediş-gəliş açıla bilər. Lakin həmin rayonlara da yalnız qeydiyyatda olan şəxslər buraxılmalıdır". F. Ağamlı qeyd edib ki, hər mənada ciddi karantin rejiminin tələblərinə; sosial məsafənin qorunması, tibi spirt və maskadan istifadə qaydalarına əməl olunmalıdır. Вернуться назад |