Главная > Cəmiyyət > Bakı sakinlərinə MÜRACİƏT-Bu tarixdə küçəyə çıxmayın!

Bakı sakinlərinə MÜRACİƏT-Bu tarixdə küçəyə çıxmayın!


28-08-2020, 12:02. Разместил: azadses
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə avqust ayının 29-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Anews.az-ın xəbərinə görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.


Вернуться назад