Главная > Cəmiyyət > Nəsimi rayon könüllülərinə sertifikatlar təqdim edildi - Foto

Nəsimi rayon könüllülərinə sertifikatlar təqdim edildi - Foto


28-08-2020, 10:41. Разместил: azadses
Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Nəsimi rayon Könüllüləri ilə onlayn görüş keçirilib. 
“Qafqazinfo” xəbər verir ki, görüşdə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarlımasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanılıb:
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olduğunu nəzər çatdırıb. Asif Əsgərov bildirib ki, ötən illərdə Nəsimi rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən 4 nəfəri müvafiq işlə təmin olunub, 2020-ci ildə fəaliyyət göstərən könüllülərdən isə 1 nəfəri işlə təmin olunub.
Könüllü fəaliyyətinə qoşulan gənclər gələcəkdə ixtisaslı və peşəkar kadr kimi formalaşırlar. Pandemiya dövründə könüllülərin rayonda həyata keçirilən tədbirlərdə yüksək fəallıq göstərmələri, tənha, kimsəsiz və qayğıya ehtiyacı olan rayon sakinlərinə müvafiq köməkliklər göstərmələri xüsusi vurğulanıb.
Nəsimi rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclərə könüllü kimi 2 ay müddətində müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə iştiraklarına görə fərdi qaydada xüsusi sertifikatllar təqdim edilib.



Вернуться назад