Главная > Cəmiyyət > Bu şəxslərin Nazirliyin inzibati binasına girişi QADAĞAN OLUNACAQ

Bu şəxslərin Nazirliyin inzibati binasına girişi QADAĞAN OLUNACAQ


27-08-2020, 10:53. Разместил: azadses
Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin gördüyü tədbirlər çərçivəsində avqustun 31-dən etibarən Maliyyə Nazirliyinin inzibati binasına daxil olan əməkdaşlar və qonaqlar "E-Təbib” tətbiqi yüklənmiş smartfon telefonlarını xüsusi qurğuya yaxınlaşdıraraq oxutmalıdırlar.

AZXEBER.COM bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, statusu "qırmızı” və ya "sarı” olan şəxslərin Nazirliyin inzibati binasına girişi qadağan olunacaq.

Təlimata əsasən, "qırmızı” statuslu şəxs "COVID-19” virusunun daşıyıcısı olduğuna görə dərhal izolyasiya olunmalı, "sarı” statuslu şəxs isə testinin cavabı pozitiv olan aktiv xəstə ilə yaxın məsafədə olduğuna görə yoluxma ehtimalına qarşı izolyasiya edilərək yoxlanışdan keçməlidir.

Qurğu vasitəsi ilə yoxlanılması təmin edilməyən əməkdaşlar və qonaqlar isə inzibati binaya buraxılmayacaq.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə müəyyən preventiv tədbirlərin görülməsi üçün "E-Təbib” mobil tətbiqi hazırlanaraq istifadəyə təqdim olunub.

Bu tətbiq vasitəsilə istənilən şəxs ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilirlər. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olan şəxsə (məsələn, növbədə, dükanda, ictimai nəqliyyat vasitələrində, ticarət mərkəzlərində və s.) bildiriş göndərilir və laboratoriya testinə dəvət olunur.

"E-Təbib” bluetooth texnologiyası əsasında işləyir və yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

Вернуться назад