Главная > Cəmiyyət > Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb
Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb26-08-2020, 14:05. Разместил: azadses |
Bu ilin noyabr ayından Azərbaycanda toylar bərpa olunması üçün müəyyən təkliflər irəli sürülüb. Bu barədə Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib. "Noyabrdan etibarən şadlıq saraylarının fəaliyyətə başlaması üçün standartların hazırlanması, tətbiq edilməsi və fəaliyyətinə icazə verilməsini təkliflərini irəli sürmüşük. Digər sektorlarda oxşar meyarlarn tətbiqi məqsədəuyğun olardı. Bu baxımdan pandemiyaya qarşı mübarizə hər birimizin qaydalara əməl etməyimizdən asılıdır. Xüsusən də biz həm tibbi maskadan istifadə etmək, həm sosial məsafəni qorumaq və gigenik qaydaları gözləməklə pandemiyanın təsirlərini minimumlaşdıra və iqitsadiyyatın tam açılımına gedə bilərik”, - deyə Vüqar Bayramov bildirib. Вернуться назад |