Главная > Cəmiyyət > Maskaya görə sürücünü vuran sərnişin saxlanıldı

Maskaya görə sürücünü vuran sərnişin saxlanıldı


26-08-2020, 08:55. Разместил: azadses
Bakıda 13 nömrəli marşrut avtobusundan ondan maska taxmasını tələb edən sürücünü vuran sərnişin saxlanılıb.
''Azad Səs'' “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon, Masazır qəsəbə sakini Anar Nehmətli saxlanılıb.
O, iki maddə ilə ittiham olunur. Gün ərzində onun barəsində qərar verilməsi üçün materiallar məhkəməyə göndəriləcək. A.Nehmıtlinin saxlanılması barədə məlmatı Bakı BPİ-nin Mətbuat xidməti təsdiqləyib.
Bildirilib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.


Вернуться назад