Главная > Cəmiyyət > Heydər Əliyev Fondu ilə bağlı sujetlər efirə verilə bilməzdi.

Heydər Əliyev Fondu ilə bağlı sujetlər efirə verilə bilməzdi.


25-08-2020, 22:05. Разместил: azadses
Azad Səs xəbər verir ki, bu haqda“SpaceTV -də çalışmış jurnalist Samir Feyruzov şəxsi “Facebook” hesabında yazıb.

"Space" TV-nin Xəbərlər Departamentində işləyirdim. Telekanalın rəhbəri Vaqif Mustafayev Birinci vitse-prezident Mehriban Əliyeva ilə bağlı (M.Əliyeva həmin vaxt Birinci vitse-prezident deyildi) materialların hazırlanmasına, efirə verilməsinə qadağa qoymuşdu. Xüsusilə də, Heydər Əliyev Fondu ilə bağlı sujetlər efirə verilə bilməzdi. Hətta rəsmi qəbullarla bağlı sujetlərdə belə, M.Əliyevanın görüntülərini montaj edib sildirirdi. 

Bu qadağalar qeyri-rəsmi olduğuna görə, bir çox əməkdaşlar kimi mənim də bütün bunlardan xəbərim yox idi. 2012-ci ildə  hansısa dövlət tədbirinin sujetini hazırlayıb efirə vermişdim. Sujetdə Heydər Əliyev Fondunun və M.Əliyevanın adı çəkilirdi. Mətni də özüm oxumuşdum. Sujet efirə veriləndən dərhal sonra mənim ətrafımda səbəbini anlamadığım söz-söhbətlər yaranmağa başladı. V.Mustafayevlə pilləkəndə rastlaşdıq, salamımı da almadı. Heç nə başa düşmürdüm, ümumiyyətlə, ağlıma da gəlməzdi ki, telekanalda belə bir qadağa var və mən belə bir "səhv"ə yol vermişəm. 

İki gün sonra telekanal rəhbərliyi mənə xəbər göndərdi, nə baş verdiyini "izah" etdilər. Bildirdilər ki, V.Mustafayevin göstərişi var və xırda istisnaları çıxmaq şərtilə, bu kanalda M.Əliyeva ilə bağlı efirə heç nə verilə bilməz. Elə həmin gündən etibarən, mənə təzyiq məqsədilə bir çox çəkilişlər əlimdən alındı, ayın sonunda hər kəsin maaşı karta köçsə də, mənim maaşım günlərlə karta köçürülmədi.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil almaq üçün sənədlərimi toplayırdım. İşlədiyim yerdən - "Space" TV-dən arayış da aparmalı idim. "Zəmanət məktubu" yox ha, sadəcə iş yeri haqqında arayış... Vermədi, günlərlə get-gələ saldı məni... DİA-nın rektoru, akademik Urxan Ələkbərovun haqlı müdaxiləsindən sonra arayışı ala bildim və Akademiyaya qəbul oldum. 

Nəhayət "dərdimi" demək üçün telekanalın icraçı direktoru Kamil Şahverdiyevin (böyük sənətkarımız Rəşid Behbudovun kürəkəni) qəbuluna qalxdım, bir az söhbətləşdik. Anladım ki, "qələmim" qırılıb, o da mənə kömək edə bilməz. M.Əliyeva ilə bağlı material hazırlamaq bağışlanmaz "səhv" hesab olunurdu və V.Mustafayev bunu həzm edə bilməzdi.

Şəxsimə qarşı ayrı-seçkilik əsəblərimi tarıma çəkdi, hətta V.Mustafayevin qorxusundan bəzi iş yoldaşlarım mənimlə əlaqələrini kəsdilər, telefonlarıma cavab vermədilər. Halbuki, hələ də bir otaqda otururduq. Mənə qarşı yaradılan süni problemlər, hər hərəkətimdən "səhv tutma" oyunları əsəblərimi pozmuşdu. 

Bir müddət sonra ərizə yazaraq, V.Mustafayevdən məni işdən azad etməsini xahiş etdim. Fikirləşmədən, dərhal azad elədi. 

Üstündən xeyli müddət keçib və o, valı çoxdan dəyişib. Əvvəllər qadağa qoyduğu şəxsləri təbliğ etməyə başlayıb. Bu gün ölkədə baş verən hadisələr və bu hadisələr fonunda V.Mustafayevin tutduğu riyakar mövqe bütün bunları yazmağa məni məcbur etdi. Ona görə də, ardını yazmağa lüzum görmürəm. Kimlər, hansı üzlə, bu qədər illər ərzində öz həqiqi kimliklərini necə gizlədə biliblər, necə maskalanıblar! Riyakarlığın da bir həddi-hüdudu olmalıdır axı... Növbə sənə də çatacaq, atdığı bütün daşlar sonda insanın özünə qayıdır...

Вернуться назад