Главная > Cəmiyyət > Bu gün Azərbaycanın bir sıra ərazilərində su kəsiləcək

Bu gün Azərbaycanın bir sıra ərazilərində su kəsiləcək


25-08-2020, 09:45. Разместил: azadses
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Qazet.az-a “Azərsu” ASC-dən bildirilib.Məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Вернуться назад