Главная > Cəmiyyət > SON DƏQİQƏ:Operativ Qərargah məlumat yaydı-TƏCİLİ
SON DƏQİQƏ:Operativ Qərargah məlumat yaydı-TƏCİLİ24-08-2020, 22:00. Разместил: azadses |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 24-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb. Azerforum.com xəbər verir ki, hazırda xəstələrin 181-i reanimasiyadadır. 21 xəstə isə süni tənəffüs cihazına qoşulub. Ümumilikdə 1 803 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Qeyd edək ki, son sutkada daha 152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb, daha 1 nəfər isə vəfat edib. Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 426 nəfərə, sağalanların sayı 33 104 nəfərə vəfat edənlərin sayı isə 519 nəfərə çatıb. Вернуться назад |