Главная > Cəmiyyət > Bakının bir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Bakının bir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır


24-08-2020, 09:46. Разместил: azadses
Bakı şəhəri, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, bu səbəbdən 24 nömrəli marşrutun metronun “Nəriman Nərimanov” stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək, Təbriz - Ağa Nemətulla - Yusif Vəzir Çəmənzəminli - Əziz Əliyev küçələri ilə təşkil olunub.

Вернуться назад